MÜƏSSİSƏDƏ MENECER VƏZİFƏSİNƏ NAMİZƏDİN SEÇİLMƏSİ PROSESİNDƏ TOPSİS ÜSULUNDAN İSTİFADƏ

Read full text
Authors: Aygün Salamova Aygün Salamova, Zərxanım Nəsirova Zərxanım Nəsirova
Cited by: 0

Abstract

İnsan resurslarının idarə edilməsi prosesi qloballaşan dünyada müəssisənin uzun müddət ayaqda qalması, bazar payını artırması və rəqabət üstünlüyünü qoruyub saxlaması üçün ən vacib məsələlərdən biridir. İşçilərin keyfiyyəti və performansı biznesin performansına və məhsuldarlığına birbaşa təsir etdiyi üçün insan resursları idarəçiliyi tərəfindən qəbul edilən ən mühüm qərarlardan biri kadr seçimidir. Bu məqalədə müəyyən meyarlar və alternativlər əsasında çoxmeyarlı qərarqəbuletmə üsullarından biri olan TOPSİS metodu ilə müəssisədə menecer vəzifəsinə ən uyğun namizədin seçilməsi məsələsinə baxılmışdır. Nəticə olaraq, TOPSİS metodundan istifadə etməklə insan resursları proseslərinə yenilikçi bir perspektiv gətirilmişdir. Açar sözlər: Çoxatributlu qərarqəbuletmə, TOPSİS, qərar matrisi, müsbət və mənfi ideal həll.

Fields of Study & Subjects

Multi-Criteria Decision Making AI and HR Technologies Decision Support System Applications

Publication details

Journal / source
ETM Equipment Technologies Materials
Pages
353–353
Publication date
2 February 2026
Language
AZ