VƏTƏN XAINLƏRİ ARVADLARININ AKMOLA DÜŞƏRGƏSİ NDƏ ( ALJİR ) MƏHBUS HƏYATI YAŞAMIŞ AZƏRBAYCANLI QADINLAR (1938–1953)
Abstract
Tədqiqat dövri mətbuat materialları, elmi nəşrlər, elektron resurslar və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivində saxlanılan sənədlər əsasında aparılmışdır. Araşdırmanın məqsədi “Vətən xainləri arvadlarının Akmola düşərgəsi” (ALJİR)-də saxlanılmış azərbaycanlı qadınların məhbusluq taleyinin öyrənilməsinin elmi əhəmiyyətini müəyyənləşdirmək və bu istiqamətdə aparılan tədqiqatların aktuallığını əsaslandırmaqdır. Müəyyən edilmişdir ki, Azərbaycan tarixşünaslığında sovet repressiyalarının müxtəlif aspektlərini əhatə edən araşdırmalar mövcud olsa da, məhz ALJİR-də məhbusluq yaşamış azərbaycanlı qadınların taleyinə həsr olunmuş tədqiqatlar indiyədək sistemli şəkildə təqdim edilməmişdir. Arxiv materialları isə bu mövzunun zəngin mənbə bazasına malik olduğunu göstərir. Məqalədə həmin sənədlərin bir qismi ilk dəfə elmi dövriyyəyə daxil edilərək sovet repressiya siyasətinin qadınlara, ailə institutuna və sosial yaddaşa təsiri konkret faktlar əsasında təhlil olunmuşdur.
Fields of Study & Subjects
Soviet and Russian History
Criminal Justice and Penology
Biographical and Historical Analysis
Publication details
- Journal / source
- Akademik Tarih ve Dusunce Dergisi
- Publication date
- 26 February 2026
- Language
- EN