İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ METODLARININ İŞLƏNİB HAZIRLANMASI

Read full text
Authors: Ulfat Sadigov
Cited by: 0

Abstract

Məqalədə təşkilatın informasiya sistemlərində məxfi məlumatların qorunması probleminin aktual aspektləri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi istifadəçi girişlərinin idarə edilməsi, autentifikasiya mexanizmlərinin gücləndirilməsi və informasiya resurslarının bütövlüyünün təmin edilməsi üçün kompleks informasiya təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasıdır. Problemin həlli məqsədilə istifadəçi hüquqlarının səviyyələr üzrə bölgüsü, fiziki və məntiqi girişə nəzarət mexanizmləri, iki faktorlu identifikasiya, kriptoqrafik mühafizə vasitələri, şəbəkə təhlükəsizliyi sistemləri və antivirus proqram təminatlarının tətbiqi təhlil edilmişdir. Məlumatların qorunması üçün ГОСТ 28147-89 kriptoqrafik alqoritminə əsaslanan şifrələmə üsullarının, eləcə də ixtisaslaşmış təhlükəsizlik proqramlarının səmərəliliyi qiymətləndirilmişdir. Aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, texniki və təşkilati təhlükəsizlik tədbirlərinin kompleks şəkildə tətbiqi informasiya resurslarına icazəsiz giriş risklərini əhəmiyyətli dərəcədə azaldır, məlumatların məxfiliyini və bütövlüyünü təmin edir, həmçinin təşkilatda informasiya təhlükəsizliyi siyasətinin effektiv icrasına şərait yaradır.

Fields of Study & Subjects

Information and Cyber Security Cybersecurity and Information Systems User Authentication and Security Systems

Publication details

Journal / source
Herald of the Azerbaijan Engineering Academy
Volume
17
Issue
4
Pages
1–13
Publication date
12 January 2026