Azərbaycanda İslam arxeologiyası: Təcrübə, problemlər və perspektivlər

Read full text
Authors: Fariz Khalilli
Cited by: 0

Abstract

Xəlilli, F. (2026). Azərbaycanda İslam arxeologiyası: Təcrübə, problemlər və perspektivlər. Tarixin öyrənilməsinin və tədrisinin aktual problemləri (Milli Azərbaycan Tarixi Muzeyinin 105 illiyinə həsr olunmuş respublika elmi konfransının materialları, 2–3 dekabr 2025-ci il), 110–118. Bakı: Təhsil. Azərbaycan 638-ci ildən etibarən İslam sivilizasiyasının coğrafi və mədəni kəsişmə zonalarından birinə çevrilmişdir. Xəzər-Qafqaz-Yaxın Şərq ticarət yollarının düyün nöqtəsi olan Azərbaycan ərazisində İslam yalnız dini ideologiya kimi deyil, həm də sosial-iqtisadi münasibətlərin təşkil edici mexanizmi kimi çıxış etmiş, urbanizasiya, torpaq münasibətləri, su təsərrüfatı, sənətkarlıq və ticarət şəbəkələrini yenidən formalaşdırmışdır. Bu çevrilişin maddi səviyyəsi, yəni arxeoloji qatlarda oxunan izləri İslam arxeologiyasının əsas tədqiqat obyektidir. İnkişaf etmiş Qərb ədəbiyyatında (Oleg Qrabar, Ernest Gelner, Timoti Insoll və b.) İslam arxeologiyası ibadət məkanlarının kataloqu ilə məhdudlaşmır, gündəlik həyatın strukturlaşması, dəyərlərin davranışa çevrilməsi, şəhər-kənd dialektikası, iqtisadi dövriyyə və simvolik sistemlər bu sahənin ayrılmaz hissəsidir [59; 60; 61; 62; 63]. Azərbaycan kontekstində mövzu həm tarixşünaslığın boşluqları, həm də zəngin empirik materiala baxmayaraq, metodoloji parçalanma səbəbindən aktuallığını qoruyur. Since 638, Azerbaijan has become one of the geographical and cultural intersection zones of Islamic civilization. Located at a nodal point of the Caspian-Caucasus-Near East trade routes, Islam in the territory of Azerbaijan functioned not only as a religious ideology but also as an organizing mechanism of socio-economic relations, reshaping urbanization, land relations, water management, craft production, and trade networks. The material dimension of this transformation - namely, the traces readable in archaeological strata - constitutes the main object of study of Islamic archaeology. In developed Western scholarship (Oleg Grabar, Ernest Gellner, Timothy Insoll, among others), Islamic archaeology is not limited to catalogues of places of worship; rather, the structuring of everyday life, the transformation of values into patterns of behavior, the urban-rural dialectic, economic circulation, and symbolic systems form integral components of this field [59; 60; 61; 62; 63]. In the Azerbaijani context, despite both historiographical gaps and rich empirical material, the topic continues to maintain its relevance due to methodological fragmentation.

Fields of Study & Subjects

Eurasian Exchange Networks History and Cultural Heritage Linguistics and Cultural Studies

Publication details

Journal / source
Zenodo (CERN European Organization for Nuclear Research)
Publication date
6 January 2026
Language
AZ