NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YERALTI SULARIN İSTİSMAR EHTİYATLARININ ARTIRILMASI PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI
Abstract
Yeraltı sular dünya üzrə içməli su ehtiyatlarının ən etibarlı mənbələrindəndir. Quraq və yarı quraq iqlimə malik regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında (NMR) yeraltı suların səmərəli idarə edilməsi ictimai və iqtisadi inkişaf üçün həyati əhəmiyyət daşıyır. Naxçıvanın hidrogeoloji xüsusiyyətləri, yeraltı su ehtiyatlarının məhdudluğu, bunların istifadəsi və mümkün artırılma yolları bu tədqiqatın əsasını təşkil edir. Naxçıvanın su resursları strateji olaraq araşdırılmalı və optimallaşdırılmalıdır. Naxçıvan MR-da ümumi su resurslarının təqribən 182 mln m³ olduğu, bunun təxminən 35 %-nin yeraltı sularla təmin edildiyi qeyd edilmişdir. Yeraltı sular əhalinin içməli, məişət və suvarma tələbatlarının təxminən 89,6 %-ni ödəyir. Naxçıvan Muxtar Respublikası su ehtiyatları baxımından məhdud, quraq iqlim şəraitinə malik regionlardan biridir. Səth sularının qeyri-sabitliyi və iqlim dəyişmələrinin təsiri nəticəsində yeraltı sular regionun əsas strateji su mənbəyinə çevrilmişdir. Məqalədə Naxçıvan MR-də yeraltı suların formalaşma şəraiti, hidrogeoloji xüsusiyyətləri, mövcud istismar vəziyyəti təhlil edilmiş, istismar ehtiyatlarının artırılması üçün mühəndis-texniki, hidrogeoloji və ekoloji yanaşmalar əsaslandırılmışdır. Süni qidalanma, infiltrasiya qurğuları, drenaj sularının təkrar istifadəsi və idarəolunan istismar mexanizmləri elmi cəhətdən qiymətləndirilmişdir. Bu elmi işin məqsədi Naxçıvanda yeraltı su ehtiyatlarının mövcud vəziyyətini qiymətləndirmək, riyazi-hidrogeoloji modellər vasitəsilə ehtiyatların artırılma potensialını analiz etmək və su idarəçiliyi üçün strateji yanaşmalar təklif etməkdir.
Fields of Study & Subjects
Water resources management and optimization
Water Quality and Resources Studies
Integrated Water Resources Management
Publication details
- Journal / source
- Zenodo (CERN European Organization for Nuclear Research)
- Publication date
- 15 January 2026