ŞƏHƏR AVTOBUS DAŞIMALARINDA HƏRƏKƏT CƏDVƏLLƏRİNİN OPTİMALLAŞDIRILMASININ TƏHLÜKƏSİZLİK VƏ XİDMƏT KEYFİYYƏTİNƏ TƏSİRİ

Read full text
Authors: SƏMA COŞQUN QIZI CƏFƏRLİ, DOSENT TAHİR QULİYEV
Cited by: 0

Abstract

Şəhər nəqliyyat sistemlərinin effektiv fəaliyyəti müasir urban mühitin davamlı inkişafının əsas şərtlərindən biri hesab olunur. İctimai nəqliyyat növləri arasında avtobus daşımaları geniş əhali təbəqəsini əhatə etməsi, marşrut çevikliyi və iqtisadi baxımdan əlçatan olması ilə fərqlənir. Təqdim olunan məqalədə şəhər avtobus daşımalarında hərəkət cədvəllərinin optimallaşdırılmasının yol hərəkəti təhlükəsizliyinə və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinə təsiri çoxşaxəli elmi yanaşma əsasında təhlil edilmişdir. Araşdırmada hərəkət cədvəllərinin formalaşdırılmasının təşkilati, texniki, sosial və psixoloji aspektləri geniş şəkildə şərh olunmuş, optimal cədvəlləşdirmənin şəhər nəqliyyat prosesinin stabilliyində rolu əsaslandırılmışdır.

Fields of Study & Subjects

Transportation Planning and Optimization Transportation Systems and Logistics Traffic control and management

Publication details

Journal / source
Zenodo (CERN European Organization for Nuclear Research)
Publication date
12 January 2026