NAXÇIVAN MR ŞƏRAİTİNDƏ TORPAQLARDA RÜTUBƏT EHTİYATLARININ HESABLAMALARININ MÜHƏNDİS TEXNİKİ ASPEKTLƏRİNƏ DAİR

Read full text
Authors: NURTӘN YUSİFOVA, CABBAR NƏCƏFOV
Cited by: 0

Abstract

Kənd təsərrüfatı torpaqlarının münbitliyini bərpa etmək, yəni optimal torpaq rütubətini saxlamaq üçün tədbirlər hazırlayarkən potensial torpaq rütubət ehtiyatlarını bilmək vacibdir. Belə tədbirlər aparılarkən torpaqlarda rütubətin paylanmasına təsir edən səbəb-nəticə əlaqələri nəzərə alınmalıdır. Bunun üçün torpaqda rütubətin hərəkəti və paylanması proseslərini başa düşmək üçün nəzəri, laboratoriya və çöl tədqiqatları tələb olunur. Ona görə də torpağın münbitliyinin saxlanması və yaxşılaşdırılması kənd təsərrüfatı torpaqlarının sel və qurumadan qorunmasına dair elmi cəhətdən təsdiq edilmiş nəticələrə əsaslanmalıdır. Naxçıvan Muxtar Respublikası quraq və yarımsəhra iqlim şəraitinə malikdir və kənd təsərrüfatının davamlı inkişafı üçün suvarma və torpaq rütubətinin idarə olunması kritik əhəmiyyət kəsb edir. Əkinaltı torpaqlarda rütubət ehtiyatlarının dövriyyəsi, yəni torpaq qatında suyun mövsümi dəyişməsi, bitki inkişafı və məhsuldarlığın optimallaşdırılması üçün mühüm göstəricidir. Məqalədə Azərbaycanın Naxçıvan bölgəsində quraq iqlim şəraitində və iqlimin qlobal istiləşməsi fonunda torpaqlarda rütubət ehtiyatının qorunub saxlanılması üçün mühəndis texniki tədbirlərin elmi-tədqiqatlarla hesablanıb həyata keçirilməsindən bəhs olunur.

Fields of Study & Subjects

Engineering and Agricultural Innovations Soil and Unsaturated Flow Irrigation Practices and Water Management

Publication details

Journal / source
Zenodo (CERN European Organization for Nuclear Research)
Publication date
31 January 2026