QAZ KƏMƏRLƏRİNDƏ QEYRİ-STASİONAR AXIN ŞƏRAİTİNDƏ SIZMALARIN AŞKARLANMASI VƏ AVTOMATİK KLAPANLARIN BAĞLANMA VAXTININ OPTİMALLAŞDIRILMASI ÜÇÜN ANALİTİK MODEL
Abstract
Tədqiq olunan işdə qaz kəmərlərində baş verən sızmalar zamanı yaranan qeyri-stasionar axın proseslərinin riyazi modelləşdirilməsi və avtomatik klapanların optimal bağlanma vaxtının təyini üçün yeni analitik yanaşma təqdim olunur. Tədqiqat çərçivəsində qaz kəmərində təzyiqin zamana görə dəyişməsini təsvir edən analitik funksiya əldə edilmiş, sızma nöqtəsinin məsafəsi və dalğanın yayılması zamanı baş verən zəiflətmə effektləri nəzərə alınmaqla bağlanma vaxtının hesablanması üçün ümumiləşdirilmiş metodoloji çərçivə formalaşdırılmışdır. Klapanların işə düşməsi üçün iki əsas kriteriya təhlil edilmişdir: təzyiq azalmasının sürətinin kritik həddi aşması və ya təzyiqin başlanğıc səviyyəsindəki dəyərinin 0.8 hissəsi qədər azalması. Aparılan analitik və nümunəvi hesablamalar göstərir ki, təzyiqin azalması sürəti üzrə meyar demək olar ki, dərhal təmin olunsa da, klapanın faktiki işə düşməsində həlledici rol məhz nisbi təzyiq düşümü kriteriyasına məxsusdur. Hesablamalara əsasən, sızma nöqtəsi qaz kəmərinin orta hissəsinə yaxın məsafədə yerləşdikdə avtomatik bağlanma vaxtı təxminən 400 saniyə təşkil edir; məsafənin azalması bu vaxtı qısaldır, artması isə bəzi hallarda tələb olunan təzyiq azalmasının verilmiş zaman intervalında baş verməməsinə səbəb olur. Bundan əlavə, məsafədən asılı zəiflətmə əmsalı üçün güc tipli analitik asılılıq qurulmuş və klapanların bağlanma vaxtının məsafə üzrə dəyişməsi qrafiklə təhlil edilmişdir. Təklif olunan model qaz kəmərlərində sızmaların operativ aşkarlanması, qəza hallarının erkən mərhələdə lokallaşdırılması və avtomatik klapanların koordinasiyalı idarə olunmasının optimallaşdırılması baxımından mühüm praktik əhəmiyyətə malikdir. Alınmış nəticələr göstərir ki, klapanların optimal və koordinasiyalı bağlanması qaz itkisini əhəmiyyətli dərəcədə azaldır və boru kəməri sistemlərinin istismar təhlükəsizliyini yüksəldir.
Fields of Study & Subjects
Water Systems and Optimization
Structural Integrity and Reliability Analysis
Vibration and Dynamic Analysis
Publication details
- Journal / source
- Zenodo (CERN European Organization for Nuclear Research)
- Publication date
- 31 January 2026
- Language
- AZ