MAHNI JANRINDA 80-90-CI İLLƏRİN VƏTƏNPƏRVƏRLİK MOTİVLƏRİ VƏ POPULYAR MUSİQİDƏ "KARVAN" FENOMENİ: EY AZƏRBAYCANIM
Abstract
Bu məqalədə Azərbaycan mahnı irsinin ötən əsrə düşən tarixinin son dekadasında, milli pop musiqimizdə ciddi iz buraxmış “Karvan” qrupunun yaradıcılığı və xüsusilə qrupun vətənpərvərlik mövzusunun təbliğində müstəsna xidməti olan “Ey Azərbaycanım” mahnısı təhlil olunur. Bu parçanın müstəqillik tariximizlə həmyaşıd olması və müasir tariximizin ən həlledici dövründə meydana çıxması, onu eyni mövzulu parçalardan müsbət mənada fərqləndirir. Həmçinin bu nəğmənin nümunəsində 80-90-cı illərin estrada janarının standartlarına, istər obraz, forma, bədii keyfiyyətləri və üslub yeniliklərinə yaxından nəzər sala bilərik. Həmçinin bu araşdırma işi tariximizin o dövrünə təsadüf edən ictimai-siyasi proseslərin təsiri ilə bu nəğmənin bir motivdən tamam başqa motivə transformasiyasını, həmçinin milli pop musiqimizdə məhz o zaman yaranan vətənpərvərlik nəğmələrinin standartının formalaşmasındakı xidmətini və əhəmiyyətini sərgiləyir. “Karvan” qrupunun yaradıcılığı, xüsusilə bu nəğmənin estrada musiqimizin tarixindəki müstəsna xidməti ilk dəfə təhlil olunduğu üçün, bu məqalə müasir musiqişünaslıqda oxşar mövzuların daha dərin araşdırılmasında əhəmiyyətli vəsait ola bilər. Açar sözlər: Karvan, Ey Azərbaycanım, 90-cı illər, estrada janrı, populyar musiqi.
Fields of Study & Subjects
Music History and Culture
Musicology and Musical Analysis
National Identity and Symbolism
Publication details
- Journal / source
- Zenodo (CERN European Organization for Nuclear Research)
- Publication date
- 25 February 2026
- Language
- AZ