Proton Skeletinin Harmonik Simmetriyası və İzotop Sabitliyinin Struktur Təfsiri: Simmetrik Skelet Strukturu (SSS) Yanaşması
Abstract
Bu tədqiqatda atom nüvəsinin daxili quruluşu Simmetrik Skelet Strukturu (SSS) yanaşması əsasında təhlil edilir və proton skeletinin harmonik simmetriyası ilə izotop sabitliyi arasında struktur xarakterli əlaqə irəli sürülür. Klassik nüvə modellərində – qabıq modeli, maye-damcı modeli, kollektiv və deformasiyalı nüvə modelləri – izotop sabitliyi əsasən energetik minimumlar, qabıq bağlanmaları və “sehrli ədədlər” anlayışı vasitəsilə izah olunur. Təklif edilən SSS yanaşması isə nüvənin yalnız energetik deyil, eyni zamanda geometrik və mexaniki struktur təşkilatlanma baxımından da təhlil edilməsinin vacibliyini vurğulayır. SSS modelində protonlar nüvənin mərkəzindən periferiyasına doğru konsentrik laylar üzrə simmetrik skelet kimi təşkil olunur. Bu layların müəyyən harmonik ardıcıllıqlara uyğun gəlməsi proton–proton Coulomb itələməsinin paylanmasına və neytronların yerləşməsi üçün mövcud struktur boşluqların xarakterinə birbaşa təsir göstərir. Xüsusilə ekvatorial layın quruluşu nüvədaxili mexaniki tarazlıq baxımından həlledici rol oynayır. Ekvatorial layda protonların cüt sayda olması neytronların yerləşməsi üçün struktur baxımından daha “yumşaq” şərait yaradır və izotop sabitliyi intervalını genişləndirir. Məqalədə proton skeletinin harmonik simmetriyası altı sinif üzrə sistemləşdirilir və bu təsnifat seçilmiş elementlərin izotop zəncirləri üzərində müqayisəli şəkildə tətbiq olunur. Civə (Hg-206) nümunəsində sehrli neytron ədədinin (N = 126) nüvəni stabil etməməsi faktı qurğuşun (Pb-208) ilə müqayisədə struktur uyğunluq anlayışı əsasında izah edilir. Bundan əlavə, təbii radioaktiv element olan uran (Z = 92) ağır nüvələr üçün SSS yanaşmasının tətbiq imkanlarını nümayiş etdirmək məqsədilə təhlil olunur .
Fields of Study & Subjects
Nuclear physics research studies
Astronomical and nuclear sciences
Cold Fusion and Nuclear Reactions
Publication details
- Journal / source
- Zenodo (CERN European Organization for Nuclear Research)
- Publication date
- 26 February 2026
- Language
- AZ
- Document type
- Preprint