Samarium izotoplarının Simmetrik Skelet Strukturu (SSS) yanaşması əsasında radioaktivlik və stabillik xüsusiyyətlərinin struktur təhlili

Read full text
Authors: Alikhan Mammadaliyev
Cited by: 0

Abstract

Bu məqalədə samarium (Z = 62) izotoplarının radioaktivlik və stabillik xüsusiyyətləri Simmetrik Skelet Strukturu (SSS) yanaşması çərçivəsində struktur baxımdan təhlil edilir. Klassik nüvə modellərində izotopların sabitliyi əsasən energetik minimumlar və qabıq bağlanmaları ilə izah olunsa da, burada nüvənin geometrik və mexaniki təşkilatlanmasının rolu ön plana çıxarılır. SSS modelinə görə protonlar nüvədə konsentrik laylar üzrə simmetrik skelet təşkil edir və neytronların paylanması, xüsusilə ekvatorial təbəqədə, mexaniki tarazlığın formalaşmasında həlledici rol oynayır. Samarium izotop zənciri struktur meyarlara əsasən üç əsas zonaya bölünür: neytron defisit zonası, stabillik intervalı və neytron artıqlığı zonası. Stabillik intervalı daxilində isə aşağı həssas, qeyri-həssas və yuxarı həssas alt zonalar fərqləndirilir. Təhlil göstərir ki, radioaktivlik mexanizmləri bu zonalarda müxtəlif struktur səbəblərlə formalaşır və β⁺, β⁻ çevrilmələri mexaniki rahatlama prosesi kimi interpretasiya oluna bilər. Ekvatorial təbəqədə neytronların cüt/tək olması nüvədaxili tarazlığın səviyyəsinə birbaşa təsir göstərir. Bu iş SSS yanaşmasının orta kütləli elementlər üçün tətbiq oluna bilən struktur interpretasiya çərçivəsi təqdim etdiyini nümayiş etdirir.

Fields of Study & Subjects

Nuclear physics research studies Astronomical and nuclear sciences Radioactive Decay and Measurement Techniques

Publication details

Journal / source
Zenodo (CERN European Organization for Nuclear Research)
Publication date
26 February 2026
Language
AZ
Document type
Preprint