ALİ MƏKTƏBLƏRDƏ ADAPTİV ÖYRƏNMƏ PLATFORMALARI ƏSASINDA RƏQƏMSAL BACARIQLARIN TƏDRİSİ METODİKASI

Read full text
Authors: ƏHMƏDLİ NİGAR FƏXRƏDDİN qızı
Cited by: 0

Abstract

Müasir ali təhsil sistemində rəqəmsal transformasiya prosesi tədris metodlarının yenilənməsini və tələbələrin rəqəmsal bacarıqlarının məqsədyönlü şəkildə inkişaf etdirilməsini zəruri edir. Bu baxımdan adaptiv öyrənmə platformaları fərdiləşdirilmiş təlim imkanları təqdim etməklə təhsil prosesinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Məqalədə ali məktəblərdə adaptiv öyrənmə platformaları əsasında rəqəmsal bacarıqların tədrisi metodikası nəzəri və praktiki aspektlərdən araşdırılmışdır. Tədqiqat çərçivəsində adaptiv öyrənmə anlayışının mahiyyəti, onun ali təhsildə tətbiq imkanları və rəqəmsal bacarıqların formalaşmasına təsiri təhlil edilmişdir. Eyni zamanda, adaptiv LMS platformalarının (Moodle və analoji sistemlər) imkanları əsasında fərdiləşdirilmiş tapşırıqların təşkili, diaqnostik qiymətləndirmə mexanizmləri və geribildirim prosesinin tədrisə inteqrasiyası metodik baxımdan əsaslandırılmışdır. Məqalədə təqdim olunan metodika tələbələrin fərdi öyrənmə tempini, bilik səviyyəsini və maraqlarını nəzərə almaqla rəqəmsal kompetensiyaların sistemli şəkildə inkişaf etdirilməsinə yönəlmişdir. Aparılan təhlillər adaptiv öyrənmə platformalarının ali məktəblərdə rəqəmsal bacarıqların tədrisində effektiv pedaqoji vasitə olduğunu göstərir və onların tədris prosesində geniş tətbiqi ilə bağlı praktiki tövsiyələr irəli sürülür.

Fields of Study & Subjects

Educational Technology and E-Learning Digital literacy in education Innovative Educational Technologies

Publication details

Journal / source
Zenodo (CERN European Organization for Nuclear Research)
Publication date
15 February 2026
Language
AZ