Cu, Ag və Ru İzotoplarının Stabillik Xüsusiyyətlərinin Simmetrik Skelet Strukturu Yanaşması ilə Fəza-Məkan Interpretasiyası

Read full text
Authors: Alikhan Mammadaliyev
Cited by: 0

Abstract

Bu məqalədə Cu (Z=29), Ag (Z=47) və Ru (Z=44) elementlərinin izotop zəncirlərində stabillik xüsusiyyətləri Simmetrik Skelet Strukturu (SSS) yanaşması əsasında fəza-məkan kontekstində interpretasiya olunur. Təklif olunan yanaşma mövcud nüvə modellərinə alternativ nəzəriyyə kimi təqdim edilmir; əksinə, nüvə sabitliyi ilə bağlı məlum empirik nəticələrin simmetrik məkan quruluşu baxımından qrafik və struktur izahını vermək məqsədi daşıyır. Məqalədə neytron defisit zonası, stabilik intervalı zonası və neytron artıqlıq zonası üzrə müqayisəli struktur analiz aparılır. Cu və Ag elementlərində stabillik intervalının dar olması, Ru elementində isə daha geniş stabil zona müşahidə olunması fəza-məkan simmetriyasının dərəcəsi ilə əlaqələndirilir. Struktur harmoniyanın pozulması və ekvatorial neytron paylanmasının dəyişməsi radioaktivliyə keçidin vizual izahı kimi təqdim olunur. Nəticələr göstərir ki, nüvənin simmetrik skelet quruluşunun mərhələli deformasiyası sabitlik sahəsinin sərhədləri ilə uyğunluq təşkil edir. SSS yanaşması mövcud nüvə modellərinin nəticələrini fəza-məkan struktur kontekstində aydınlaşdıran interpretativ çərçivə kimi təklif edilir və gələcəkdə vektor əsaslı riyazi modelləşmə imkanlarına perspektiv açır.

Fields of Study & Subjects

Astronomical and nuclear sciences Nuclear physics research studies Advanced Mathematical Theories and Applications

Publication details

Journal / source
Zenodo (CERN European Organization for Nuclear Research)
Publication date
1 March 2026
Language
AZ
Document type
Preprint