ÇAĞDAŞ MƏDƏNİYYƏT VƏ MEDİADA DEHUMANİZM VƏ EMANSİPASİYA PROBLEMLƏRİNİN ƏSAS CƏHƏTLƏRİ

Read full text
Authors: ELÇİN ƏLİBƏYLİ
Cited by: 0

Abstract

Məqalədə müasir informasiya texnologiyalarının inkişaf və dinamikasının XX əsrin nəzəriyyəçiləri – M.Makluen və D.Gelbreyt tərəfindən proqnozlaşdığı qeyd olunur. M.Makluenin nəzəriyyəsinə əsasən elektron medianın ənənəvi sənaye cəmiyyətinə birləşdirməyə qadir bir dövrün başlandığı göstərilir. D.Gelbreyt tərəfindən sənaye cəmiyyətinin inkişafını yeni insan maraqlarına uyğunlaşması irəli sürülür. Texnoloji inqilablar dövründə texniki-iqtisadi sistemin insan maraqlarına birtərəfli yanaşması və insani dəyərlərin tənəzzülünə səbəbi diqqətə çatdırılır. Qeyd olunur ki, insani dəyərlərin çərçivəyə salındığı, rəqəmsal dövrün mövcudluğu, sənaye cəmiyyətinin dinamikasına nail olur. İnsan maraqlarının iqtisadiyyata xidmət etməsi və istehsal sistemlərinin insan əməyinin məhdudlaşmasına əsas verir. Məqalədə şəxsi inkişaf və mədəni tələbatın rəqəmsal kapitalizmə daxil edilməsi haqqında tənqidi fikrin J.Laniye aid olması vurğulanır. İnformasiya texnologiyalarının inkişafı və elmi-texniki araşdırmalara sərf olunan investisiyaların yaratdığı imkanlar tədqiq müstəvisinə gətirilir. İqtisadi artımın ekologiyada yaratdığı mənfi təsirlər sağlamlığa zərər baxımından təhlükə kimi tanınır və qarşısının alınması zəruri hesab olunur. Rəqəmsal medianın monetizasiya imkanlarının artması sosial inklüzivlik proseslərin güclənməsi sosial və mədəni dəyişikliklərin yan təsiri kimi dəyərləndirilir. Açar sözlər: İnsan maraqları, iqtisadiyyat, texnologiya, rəqəmsal və elektron media, sənaye kapitalizmi və cəmiyyəti, istehsal prinsipi, sosial kommunikasiya, strategiya

Fields of Study & Subjects

Cultural Social and Media Studies Cultural Studies and Postmodernism Information Society and Technology Trends

Publication details

Journal / source
Zenodo (CERN European Organization for Nuclear Research)
Publication date
3 March 2026
Language
AZ