Nüvə quruluşunun SSS simmetrik skelet strukturu yanaşması: simmetriya və harmonik paylanma prinsiplərinin fəza interpretasiyası

Read full text
Authors: Alikhan Mammadaliyev
Cited by: 0

Abstract

Atom nüvəsinin daxili quruluşunun izahı müasir nüvə fizikasının əsas problemlərindən biridir. Mövcud nəzəri modellər – qabıq modeli, maye damcı modeli və kollektiv modellər – nüvə sabitliyinin və enerji səviyyələrinin müxtəlif xüsusiyyətlərini izah etməyə imkan versə də, proton və neytronların fəza yerləşməsinin vizual və struktur interpretasiyası məsələsi tam aydın deyil. Bu işdə atom nüvəsinin fəza təşkilinə yeni interpretativ yanaşma – SSS (Simmetrik Skelet Strukturu) yanaşması təqdim olunur. Bu yanaşma mövcud nəzəriyyələrə alternativ model kimi deyil, onların nəticələrinin fəza simmetriyaları baxımından izahı kimi nəzərdə tutulur. SSS yanaşmasının əsas prinsipi ondan ibarətdir ki, nüvənin sabitliyi proton və neytronların nüvə daxilində simmetrik skelet strukturu yaratması ilə bağlıdır. Bu struktur iki əsas simmetriya prinsipinə əsaslanır: radial simmetriya və güzgü simmetriyası. Radial simmetriya müəyyən yüngül elementlərdə düzgün polihedral strukturların analoqu kimi təzahür edir. Bu halda protonlar nüvənin mərkəzindən eyni məsafədə yerləşən həndəsi çoxüzlülərin təpə nöqtələrinə uyğun gəlir. Bu tip strukturlar berillium, karbon, oksigen, maqnezium və kalsium kimi elementlərdə müşahidə olunur. Daha ağır nüvələrdə isə əsas simmetriya prinsipi ekvatorial güzgü simmetriyasıdır. Bu halda protonlar nüvə daxilində təbəqələr şəklində yerləşir və ekvator müstəvisinə nəzərən simmetrik paylanma yaradır. Bu paylanma harmonik qanunauyğunluqlara uyğun olaraq formalaşır. Tədqiqat göstərir ki, protonların təbəqələr üzrə paylanması müəyyən hallarda tam harmonik, qismən harmonik və qeyri-harmonik strukturlar yaradır. Bu strukturlar proton sayının cüt və ya tək olmasına görə müxtəlif sabitlik xüsusiyyətləri nümayiş etdirir. İşdə həmçinin harmoniyanın altı tipi və hər tip üçün dörd növ sistem olduğu göstərilir. Növlər protonların təbəqələr üzrə bölünmə qanununa əsaslanır: üçlü, dördlü, beşli və altılı harmoniya sistemləri. Müxtəlif elementlər – qalay, civə, gümüş, qızıl və qurğuşun – üzərində aparılan struktur analizlər göstərir ki, nüvə sabitliyinin geniş intervalları məhz bu harmonik simmetriya prinsipləri ilə bağlıdır. Məqalədə nüvələrin skelet strukturları üçün hazırlanmış qrafik modellər təqdim edilir və onların harmonik tip, növ və variant baxımından təsnifatı verilir. Nəticələr göstərir ki, SSS yanaşması nüvə sabitliyinin struktur səbəblərini vizual və konseptual şəkildə izah etməyə imkan verir və mövcud nüvə modellərinin fəza interpretasiyasını genişləndirir.

Fields of Study & Subjects

Nuclear physics research studies Astronomical and nuclear sciences Quantum Chromodynamics and Particle Interactions

Publication details

Journal / source
Zenodo (CERN European Organization for Nuclear Research)
Publication date
11 March 2026
Language
AZ
Document type
Preprint