HƏRBİ TERMİNOLOGİYADA SİNONİMİYA VƏ TERMİN SABİTLİYİ PROBLEMİ
Summary
No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.
Summarise with VIRAT Free to try with your Science Catalogs account.Abstract
Məqalədə hərbi terminologiyada sinonimiya və termin sabitliyi məsələləri dilçilik baxımından təhlil edilir. Terminologiya müəyyən elm və fəaliyyət sahəsində istifadə olunan anlayışların dəqiq ifadəsini təmin edən mühüm dil sistemidir. Hərbi sahə isə terminoloji baxımdan dinamik və sürətlə inkişaf edən sahələrdən biri hesab olunur. Məqalədə hərbi terminlərin formalaşma xüsusiyyətləri, terminologiya nəzəriyyəsinin əsas prinsipləri və terminlərin birmənalılığı problemi araşdırılır. Terminologiya nəzəriyyəsinin əsasını qoymuş alimlərdən olan Eugen Wüster-in terminlərin standartlaşdırılması və sistemli istifadəsi ilə bağlı nəzəri müddəaları nəzərdən keçirilir. Araşdırma zamanı hərbi terminologiyada sinonimiyanın yaranma səbəbləri – müxtəlif dillərdən alınmalar, paralel tərcümələr, texnoloji inkişaf və media təsiri kimi amillər təhlil olunur. Müasir hərbi texnologiyanın inkişafı, xüsusilə pilotsuz uçuş aparatlarının tətbiqi terminologiyada yeni termin variantlarının meydana çıxmasına səbəb olmuşdur. Bu kontekstdə Bayraktar TB2 kimi sistemlərin tətbiqi ilə bağlı terminlərin müxtəlif formalarda istifadə olunması nümunə kimi göstərilir. Məqalədə Azərbaycan hərbi terminologiyasında sinonim terminlərin nümunələri təqdim olunur və termin sabitliyinin təmin olunması yolları müəyyənləşdirilir. Nəticə olaraq qeyd olunur ki, terminoloji sistemin sabitliyinin qorunması üçün terminlərin standartlaşdırılması, terminoloji lüğətlərin hazırlanması və beynəlxalq terminoloji əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Fields of Study & Subjects
linguistics and terminology studies
Lexicography and Language Studies
Classical Anatomy and Histology
Publication details
- Journal / source
- Zenodo (CERN European Organization for Nuclear Research)
- Publication date
- 15 March 2026
- Language
- AZ