RÜSTƏM BEHRUDİ ŞEİRLƏRİNİN FOLKLOR QAYNAQLARI

Read full text Summarise with VIRAT
Authors: XƏYALƏ ORUC qızı AĞAYEVA
Cited by: 0

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Rüstəm Behrudi çağdaş Azərbaycan poeziyasının sevilən və fərqliliyi ilə seçilən şairlərindəndir. O təkcə Azərbaycanın deyil, bütün türk dünyasının söz adamıdır. Rüstəm Behrudinin şeirlərində bütöv bir ulusun iç dünyasını görürük. Ədəbi şəxsiyyəti də şeirləri kimi bütöv olan şairin yenilikçiliyi hər misrada seçilir. Bu misralarda minilliklərdən süzülüb gələn adət-ənənələrimiz də yer alır, şairin dünyagörüşündəki düşüncələr də ifadə olunur. Sözü dəyərli tutan Rüstəm Behrudi bizim milli sərvətimizdir. Qazaxıstan və Qırğızıstanın xalq yazıçısı Muxtar Şaxanov onun haqqında fikirlərini bölüşərkən belə bir şair yetişdirdiyi üçün xalqımızı xoşbəxt taleli adlandırır. Biz fəxrlə Turan dünyasının söz sultanının şeirlərinə nəzər saldıqda bunu aydın şəkildə görürük. Rüstəm Behrudi poeziyasında folklor elementləri sadəcə estetik bəzək funksiyası daşımır. Əksinə şairin poetik dünyagörüşünün əsas ideya dayaqlarından biri kimi çıxış edir. Onun poeziyasında yer alan folklor mifoloji obrazlar milli yaddaşın, tarixi təcrübənin ifadə vasitəsinə çevrilir. Xüsusi ilə türk mifoloji sistemindən qaynaqlanan qurd və kosmoqonik motivlər şairin yaradıcılığında milli kimlik və mənəvi dirçəliş ideyalarının formalaşmasında mühüm rol oynayır. Rüstəm Behrudi şeirlərinin folklor qaynaqları müasir poetik düşüncə ilə sintez olunaraq Azərbaycan poeziyasında folklor və mifoloji irsin aktual və dinamik interpretasiyasını ortaya qoyur.

Fields of Study & Subjects

Cultural and Sociopolitical Studies Turkish Literature and Culture Folklore Mythology and Literature Studies

Publication details

Journal / source
Zenodo (CERN European Organization for Nuclear Research)
Publication date
15 March 2026
Language
AZ