Atom nüvələrinin simmetrik skelet strukturu (SSS) yanaşması: Molibden, Teknesium, Prometium və Samarium izotoplarında simmetriya, harmoniya və stabillik qanunauyğunluqlarının müqayisəli analizi
Summary
No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.
Summarise with VIRAT Free to try with your Science Catalogs account.Abstract
Bu məqalədə atom nüvələrinin fəza quruluşunun izahı üçün təklif olunan Simmetrik Skelet Strukturu (SSS) yanaşması təqdim olunur və tətbiq edilir. Tədqiqatın əsas məqsədi nüvə stabilliyi və radioaktivlik kimi fundamental xüsusiyyətlərin struktur əsaslarının müəyyən edilməsidir. Araşdırma çərçivəsində dörd kimyəvi element – Molibden (Z=42), Teknesium (Z=43), Prometium (Z=61) və Samarium (Z=62) izotoplarının müqayisəli analizi aparılmışdır. Bu elementlərin seçilməsi onların nüvə stabilliyi baxımından fərqli xüsusiyyətlərə malik olması ilə əsaslandırılır. Belə ki, Teknesium və Prometium elementləri təbiətdə stabil izotopları olmayan yeganə elementlərdir, halbuki Molibden və Samarium elementləri bir neçə stabil izotopa malikdir. Bu fərqin səbəbi SSS yanaşması çərçivəsində proton skeletinin simmetriya və harmoniya xüsusiyyətləri ilə izah edilir. SSS modelinə görə bütün atom nüvələri simmetrik quruluşa malikdir və bu simmetriya iki əsas formada təzahür edir: mərkəzi radial simmetriya və ekvator müstəvisinə görə güzgü simmetriyası. Nüvənin stabilliyi isə yalnız simmetriyanın mövcudluğu ilə deyil, onun harmonik təşkil olunma səviyyəsi ilə müəyyən olunur. Xüsusilə göstərilir ki, ekvator təbəqəsində proton sayının tək olması radial simmetriyanı pozur və bu hal nüvənin qeyri-stabilliyinə səbəb olur. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, tam harmonik və radial simmetrik proton skeletinə malik nüvələr yüksək stabillik nümayiş etdirir, qismən harmonik və radial simmetriyası pozulmuş nüvələr isə radioaktiv olur və qonşu daha stabil nüvələrə keçməyə meyl göstərir. Bu yanaşma Teknesium və Prometium elementlərinin stabil izotoplarının olmamasını vahid struktur mexanizmi ilə izah etməyə imkan verir.
Fields of Study & Subjects
Nuclear physics research studies
Astronomical and nuclear sciences
Cold Fusion and Nuclear Reactions
Publication details
- Journal / source
- Zenodo (CERN European Organization for Nuclear Research)
- Publication date
- 30 March 2026
- Language
- AZ
- Document type
- Preprint