AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ ŞORANLAŞMIŞ TORPAQLARIN AMARANT BİTKİSİ VASİTƏSİ İLƏ BƏRPASI

Read full text Summarise with VIRAT
Authors: MUSAYEV M.Q., Huseynova S.A., ABBASQULİYEVA S.G., HACIYEV T.A.
Cited by: 0

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Məqalədə Respublikası ərazisində şoranlaşmaya məruz qalmış torpaqların fitomeliorativ üsulla Saatlı rayonu Qara Nuru bələdiyyəsi şoran torpaqlarında amarant bitkisinin seçilmiş növlərinin istifadəsi və araşdırılması üzrə tədqiqat işlərinin aparlması nəzərdə tutulur. Qlobal istiləşmə prosesi bütün dünyada insanların qida və su ehtiyatlarına öz təsirini göstərməkdədir. İqlim dəyişikliyi və gündən-günə intensivləşən antropogen təsir torpaqların deqradasiyasının sürətlənməsinə və əkin sahələrinin getdikcə azalmasına səbəb olur. Bunun nəticəsi kimi son illər Azərbaycan Respublikası ərazisində digər dəyişikliklərlə yanaşı əkinə yararlı torpaq sahələrinin şoranlaşması baş verməkdədir. Nəzərə alınsa ki, torpağın humus təbəqəsinin bərpa olunmasına 100 ilə qədər vaxt tələb olunur, antropogen təsirlər və təbii deqradasiya nəticəsində sıradan çıxmış minlərlə hektar torpağın bərpası probleminin aktuallığı ön sıraya çıxar. Digər tərəfdən, heyvandarlıq sahəsində son illər yem çatışmazlığı problemi də aktuallığı ilə diqqəti cəlb edir. Əkin sahələrinin azalması bu sahənin də inkişafına öz mənfi təsirini göstərmişdir. Problemin həlli yollarından biri Respublikada yem əhəmiyyətli daha məhsuldar və zəngin qida tərkibli bitkilərin yetişdirilməsi və çoxaldılmasından ibarətdir.

Fields of Study & Subjects

Water and Land Management Soil Management and Crop Yield Agricultural Science and Fertilization

Publication details

Journal / source
In The World Of Science and Education
Publication date
15 March 2026
Language
AZ