YÜKSƏK TƏZYİQLİ FONTAN ARMATURLARINDA İSTİFADƏ OLUNAN SİYİRTMƏ GÖVDƏLƏRİNİN KOKİL ÜSULU İLƏ TÖKMƏ PROSESİNDƏ TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİNİN TƏMİN EDİLMƏSİNİN METODOLOJİ ƏSASLARI

View at publisher
Authors: Zöhrə Qarayeva Zöhrə Qarayeva
Cited by: 0

Abstract

Bu məqalədə yüksək təzyiqli fontan armaturlarında istifadə olunan siyirtmə gövdələrinin kokil tökmə prosesində təhlükəsizlik tələblərinin təmin edilməsinin metodoloji əsasları araşdırılır. Siyirtmə gövdələrinin etibarlılığı birbaşa tökmə texnologiyasının keyfiyyətindən və təhlükəsizlik standartlarının tətbiqindən asılıdır. Məqalədə gövdələrin tökmə prosesində potensial risklər, termiki gərginliklərin idarə olunması, materialın homogenliyi və qəlib xətalarının azaldılması üçün metodoloji yanaşmalar təqdim edilir. Təklif olunan metodika yüksək təzyiqli armaturların etibarlı və təhlükəsiz işləməsini təmin etməyə yönəlmişdir. Açar sözlər: yüksək təzyiqli fontan armaturları, siyirtmə gövdəsi, kokil tökmə, təhlükəsizlik tələbləri, metodoloji əsaslar.

Fields of Study & Subjects

Metallurgical Processes and Thermodynamics Diverse Industrial Engineering Technologies Engineering Diagnostics and Reliability

Publication details

Journal / source
PROCEEDINGS OF OCCUPATIONAL HEALTH & INDUSTRIAL SAFETY
Pages
74–74
Publication date
30 January 2026
Language
AZ