Ancient art of Azerbaijan: the development of pottery in Ganja

Read full text
Authors: A.M. Aliskandarova, N.A. Abbasova
Cited by: 0

Abstract

Tarixi məlumatlar və arxeoloji tədqiqatlar göstərir ki, dulusçuluq sənəti Azərbaycan ərazisində, xüsusilə Gəncə bölgəsində qədim dövrlərdən etibarən formalaşaraq maddimədəniyyətin əsas sahələrindən birinə çevrilmişdir.Erkən Neolit dövründən başlayaraq Tunc dövrü və orta əsrlər boyunca Gəncədə istehsal olunan saxsı məmulatlar texnoloji səviyyəsi, forma və bəzək xüsusiyyətləri, eləcə də məişət, rituallıq və ideoloji məzmunu ilə seçilmişdir.Arxeoloji materiallar bu bölgədə dulusçuluğun yalnız gündəlik tələbatı ödəmədiyini, eyni zamanda sosial-iqtisadi münasibətləri və dünyagörüşünü əks etdirən mühüm ifadə vasitəsi olduğunu sübut edir.Müasir dövrdə elmi tədqiqatlar, fondlaşdırma və tədris təşəbbüsləri vasitəsilə Gəncə keramika ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi bu qədim sənətin davamlılığını təmin edir.Açar sözlər: Gəncə, dulusçuluq, sənətkarlıq, saxsı qab, ticarət həyatı Dulusçuluq bəşər mədəniyyətinin ən qədim sənət sahələrindən biri olub, gil məmulatlarının hazırlanması və bişirilməsi ilə bağlıdır.Bu sənət Erkən Neolit dövründə formalaşmış və insanların məişət ehtiyaclarının ödənilməsində əsas vasitələrdən birinə çevrilmişdir.Morgan-Engels təsnifatına əsasən, dulusçuluğun meydana gəlməsi vəhşilikdən barbarlığa keçidi xarakterizə edən əsas texniki nailiyyətlərdən biri hesab olunur [3, s. 547].Arxeoloji araşdırmalar göstərir ki, e.ə.VII-VI minilliklərdə Mezolit dövrü Neolit dövrü ilə əvəz olunmuş və bu tarixi mərhələdə istehsal təsərrüfatının formalaşması, əkinçilik və heyvandarlığın inkişafı, eləcə də oturaq həyat tərzinin möhkəmlənməsi maddi mədəniyyətin zənginləşməsinə səbəb olmuşdur.Əmək alətlərinin texniki baxımdan təkmilləşməsi və yeni istehsal vərdişlərinin yaranması insanların gündəlik məişət tələbatlarının ödənilməsində daha funksional vasitələrə ehtiyac yaratmışdır [4, s.30].Belə bir şəraitdə keramika istehsalı artıq insanların məişət və təsərrüfat həyatının ayrılmaz sahələrindən biri kimi formalaşmağa başlamışdır.Dulusçuluğun inkişafında dulus kürələri və dulus çarxının ixtirası həlledici əhəmiyyət daşımışdır.Gil məmulatlarının bişirilməsi üçün nəzərdə tutulan dulus kürələri e.ə.III-II minilliklərdə Qədim Şərqdə yaranmış, sonradan müxtəlif ərazilərə yayılmışdır [3, s. 547].E.ə.IV minillikdə Yaxın Şərq ölkələri ilə mədəni əlaqələr nəticəsində bu növ gil məmulatlar Azərbaycana da keçmiş və yerli dulusçuluq ənənələrinin təşəkkülünə təkan vermişdir [4, s.4].

Fields of Study & Subjects

Ancient and Medieval Archaeology Studies Eurasian Exchange Networks Cultural and Sociopolitical Studies

Publication details

Journal / source
Xəbərlər məcmuəsi.
Issue
01
Pages
107–107
Publication date
1 January 2026
Language
AZ