Abstract
MİRZƏ CƏLİL FELYETONLARINDA MAARİFÇİLİK İDEYALARI XülasəFelyeton janrının inkişafında Cəlil Məmədquluzadənin rolu böyükdür."Molla Nəsrəddin" jurnalının baş redaktoru olan Cəlil Məmmədquluzadə felyetonlarını bu jurnalda nəşr etdirirdi.Cəlil Məmmədquluzadə felyetonlarını "Anaş Qurbağa", "Cırcırama", "Allahpərəst", "Dəli", "Qulu", "Cəfəng", "Əmin", "Qorxaq", "Lağlağı", "Qızdırmalı", "Həmşəri", "Şeytan" və başqa imzalarla dərc etdirmişdir.Onun felyetonları ictimai şüurun formalaşmasında və milli özünüdərk prosesində mühüm rol oynayır.Yazıçı felyeton janrının imkanlarından geniş istifadə edərək ictimai şüurun yenilənməsi, milli özündərk və milli kimlik ideyalarının möhkəmlənməsi üçün çalışmışdır.Məqalədə milli birlik ideyası, ana dili probleminin qaldırılması, milli şüurun oyanış məsələləri, savadsızlıq, cəhalət, mövhumat ədibin felyetonlarının əsas mövzusu olması, bu felyetonlar vasitəsi ilə Cəlil Məmmədquluzadənin bir çağırışçı olması və xalqın özünə dönməsi, kimliyini dərk etməsi, milli birlik və həmrəylik yaratması kimi faktorlar vurğulanmışdır.Maarifçilik ideyalarının təbliğində böyük xidmətləri olan Mirzə Cəlilin publisistikasında maarif və mədəniyyətin təbliği, savadsızlığın, cəhalətin tənqidi mühüm yer tutur.Müəllifin "Niyə mən dərsdən qaçdım", "Məktəblər", "Əlifba", "Müəllimlər", "Maarif işləri", "Uşaqlarımız", "Şura", "Təzə təlim kitabı", "Gözəl yerlər" kimi felyetonlarında maarif və mədəniyyət sahəsində yol verilən nöqsanlar kəskin şəkildə tənqid edilmişdir.