Politeness in Digital Communication

Read full text Summarise with VIRAT
Authors: Kemala Guliyeva
Cited by: 0
References: 2

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

RƏQƏMSAL ÜNSİYYƏTDƏ NƏZAKƏTMüasir rəqəmsal mühit insanların ünsiyyət tərzini dəyişdirir və bu, bizi nəzakət haqqında ənənəvi fikirlərimizi yenidən nəzərdən keçirməyə vadar edir.Bu tədqiqat aktualdır, çünki onlayn ünsiyyət sürətlə inkişaf edir, ənənəvi nəzakət strategiyaları dəyişir, rəsmi etiket normaları zəifləyir və nitqdə taktikanı ifadə etməyin yeni yolları ortaya çıxır.Nəzakətin bu transformasiyası rəqəmsal cəmiyyətdə şəxslərarası qarşılıqlı əlaqələrə, sosial münasibətlərə, mədəniyyətlərarası ünsiyyətə və yeni nitq təcrübələrinin inkişafına təsir göstərir və elmi anlayış tələb edir.Bu tədqiqatın elmi yeniliyi nəzakətin rəqəmsal diskurs kontekstində fəaliyyət göstərən dinamik praqmatik bir kateqoriya kimi hərtərəfli təhlilindədir.Tədqiqat həmçinin onlayn və oflayn nəzakəti müqayisə edir, rəqəmsal mühitin münaqişə potensialı və qeyrirəsmiliyə keçid kimi spesifik kommunikativ risklərini müəyyən edir.Bu tədqiqat nəzakət kateqoriyasının rəqəmsal ünsiyyətdə necə dəyişdiyini müəyyən etmək və onlayn diskursda ortaya çıxan yeni nitq strategiyalarını tanımaq məqsədi daşıyır.Açar sözlər: nəzakət, dilçilik, nitq strategiyası, ünsiyyət, norma Giriş.Nəzakət ünsiyyət davranışının bir xüsusiyyəti kimi dəfələrlə dilçilər tərəfindən elmi tədqiqat obyektinə çevrilmişdir [2; 4; 5; 7], lakin nəzakət kateqoriyası ilə əlaqəli bir sıra aspektlər daha ətraflı nəzərdən keçirilməyə layiqdir.Bu kateqoriyası müasir praqmatikada, sosiolinqvistikada və ünsiyyət nəzəriyyəsində də mərkəzi sayılan kateqoriyalardandır.Xarici dilçilik ədəbiyyatında nəzakət nəzəriyyəsinin inkişafına böyük əhəmiyyət verilir [8], çünki bu kateqoriyanın ünsiyyət prosesində mühüm rol oynadığına inanılır.Ona maraq ondan irəli gəlir ki, nəzakət sosial münasibətləri, mədəni dəyərləri və nitq davranış normalarını əks etdirən şəxslərarası və mədəniyyətlərarası qarşılıqlı əlaqənin həlledici tənzimləyicisi kimi xidmət edir.Dilçilikdə nəzakət ünsiyyətin səthi xüsusiyyəti kimi deyil, ünsiyyəti uyğunlaşdırmağa və şəxslərarası tarazlığı qorumağa yönəlmiş strategiyalar, qaydalar, linqvistik və paralinqvistik vasitələr sistemini əhatə edən mürəkkəb kommunikativ kateqoriya kimi qəbul edilir.Nəzakət kateqoriyası ünsiyyətin əsas kateqoriyalarından biridir və insana qarşı mehriban, hörmətli münasibət ifadə edən davranış strategiyalarını ehtiva edir [1, s. 242].Dilçilikdə nəzakətin gündəlik mənada olduğundan daha geniş şəkildə başa düşüldüyünü vurğulamaq vacibdir.Bu, yalnız "xahiş edirəm" və "təşəkkür edirəm" ifadələrinin istifadəsi və ya rəsmi etiket qaydalarına riayət etməklə məhdudlaşmır.

Fields of Study & Subjects

Digital Communication and Language Language Discourse Communication Strategies Linguistics and Language Analysis

Publication details

Journal / source
Filologiya məsələləri Journal of Philological Issues
Issue
1
Pages
89–89
Publication date
1 January 2026
Language
AZ