POEZİYADA “HEYVAN” KONSEPTİ İLƏ BAĞLI LEKSİK VAHİDLƏRDƏ QƏNAƏT QANUNUNUN MENTAL XARAKTERİSTİKASI

Read full text
Authors: K.N. Hasanova
Cited by: 0

Abstract

Linqvokulturologiyada “heyvan” konsepti ayrıca bir anlayışın mental göstəricisi olub, ətrafında ev heyvanları – inək, öküz, qoyun, buzov, quzu, it, keçi, köpək, keçi, dıbır, təkə, camış, balax, sığır və s., vəhşi heyvanlar – tülkü, çaqqal, canavar, qurd, pələng, şir, dovşan, aslan, maral, ceyran, cüyür, ilan və s. kimi leksik vahidləri cəmləşdirə bilir və belə cəmləşdirmə anlayışın konseptuallaşdırılması deməkdir. Anlayışın konsept edilməsi beyində biliklər sisteminin dil və mədəniyyətin möhkəm məna əlaqəsi zəminində leksik-semantik bazasını yaradır. Poeziyada “heyvan” konsepti ilə bağlı anlayış və dəyərlərin linqvokulturoloji istiqamətdə mahiyyətinin, strukturunun, mental əlamətlərinin, metaforikləşmə xüsusiyyətlərinin hər tərəfli və sistemli şəkildə öyrənilməməsi təəssüf doğuran prioritet problemlərdən olub, onun təsəvvürdə yaratdığı qənaət şəkillərinin koqnitiv tədqiqini də aktuallaşdırır ki, məqalədə bu məsələlərdən danışılır.

Fields of Study & Subjects

Language and Culture Linguistic research and analysis Language Metaphor and Cognition

Publication details

Journal / source
Elmi əsərlər.
Publication date
13 March 2026
Language
AZ