Azərbaycan milli kimliyinin konsepsiyası: yenən və yenilənən milli kimlik

Authors: Orxan Vəliyev
Cited by: 0

Abstract

Prezident İlham Əliyevin çıxışları, adətən, elm adamları üçün son dərəcə faydalı olur. Belə ki, Prezident 2025-ci il ərzindəki müsahibələrində və 2026-cı ilin yanvar ayında ötən ilin dəyərləndirməsinə əsasən verdiyi geniş müsahibədə kimlik məsələsi ilə bağlı dövlətin mövqeyini ictimaiyyətin nəzərinə çatdırdı. Prezidentin çıxışı ərazi bütövlüyünü tamamlamış dövlət adından edildiyindən daxili və xarici auditoriyada böyük diqqət və maraqla izlənmişdir. Etiraf etmək lazımdır ki, modern dünyada arxasında dövlət təşkilatlanması olmayan bir millətin varlığından bəhs etmək çox da mümkün deyil. Prezidentin lazımi məqamda (Zəfərdən sonra) kimliklə bağlı (ana dili, tarix, Türk dünyası və s.) açıqlamalarına bu çərçivədə baxmaq lazımdır. Xatırlatmaq yerinə düşər ki, Heydər Əliyevin də kimliklə bağlı açıqlamaları, xüsusilə ana dili ilə bağlı cəsur və qərarlı mövqeyi ölkədə ana dilinə dair təqdirəlayiq addımların atılmasına xidmət etmişdir. Daha doğrusu, Sovet dövründə rus dili tərəfindən sıxışdırılan Azərbaycan dilinin və ana dilində oxuyub yazanların sosial status qazanmalarını asanlaşdırmışdır.

Fields of Study & Subjects

Nationalism and Cultural Identity National Identity and Symbolism Post-Soviet Geopolitical Dynamics

Publication details

Journal / source
Khazar University Institutional Repository (Khazar University)
Publication date
31 January 2026
Language
AZ